Politoloq: Azərbaycanın müasir simasının formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Tarix: 04-11-2021 | Saat: 17:39
Bölmə:Gündəm | çapa göndər
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verir, qərarlar qəbul edir. Bununla yanaşı, Azərbaycanın arxitekturasının, müasir simasının formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Dövlətimizin başçısının təkcə işğaldan azad olunmuş ərazilərə deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi onu göstərir ki, bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işləri davam etdirilir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf nəzərə çarpır.
Bu fikirləri açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Yenidənqurma və bərpa-quruculuq işləri haqqında danışan İlyas Hüseynov bildirib ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Lahıcı hər il onminlərlə xarici turist ziyarət edir. Heydər Əliyev Fondunun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti bütün ictimaiyyət tərəfindən təqdir olunur. Bu kontekstdə 1791-ci ildə inşa edilən Bədöyün məscidində aparılan bərpa-təmir işləri də mühüm aktuallıq kəsb edir. Bununla yanaşı, son illər ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolunun tikintisinin yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi baxımından xüsusi rolu vardır.
“İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzi regionun hərtərəfli inkişafı və bir sıra problemlərin aradan qaldırılması nöqteyi-nəzərindən əhəmiyyətlidir. Eyni zamanda, qeyd edək ki, son illər ölkədə müasir təhsil infrastrukturunun yaradılması prosesi genişlənmiş, 3 mindən çox məktəb tikilmiş və ya əsaslı bərpa olunmuşdur. Bu xüsusda İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin və Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasının istifadəyə verilməsi müstəsna əhəmiyyətə malikdir”, - deyə politoloq vurğulayıb.
İlyas Hüseynov qeyd edib ki, son illər Azərbaycanda enerji təchizatı sahəsində görülmüş işlər nəinki ölkəmizdə, eləcə də respublikamızın hüdudlarından kənarda energetiklər tərəfindən təqdir olunur. Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin yaradılması şəhərin elektrik enerjisi ilə təminatı baxımından önəmlidir. Digər tərəfdən, perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələrinin əlaqələndirilməsi həyata keçiriləcək.
Şamaxı şəhər stadionunun açılması isə yerli futbol ənənələrinin bərpası baxımından, həm regionlarda idmanın inkişafı, həm də onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti ilə uyğunluq təşkil edir.
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-02-2025