Göygöldə I və II Qarabağ Müharibəsi qaziləri, veteranları və müharibə iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Tarix: 04-11-2021 | Saat: 13:07
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan Dövlət İdarərələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin , Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının və Göygöl rayon Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Zəfərdən qayıdan igidlər” adlı tədbir keçirilmişdir.
Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Göygöl rayon Dİ və İXİ Hİ Komitəsinin sədri Möhdəsim Səmədov Zəfər Gününün əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıq haqqında danışdı, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirdi. O qeyd etdi ki, Vətən müharibəsində Ali Baş Komandan 44 gün ərzində hərbi mundiri əynindən çıxarmadı. İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşdü, onunla bir yerdə oldu. M. Səmədov qaziləri düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik etdi, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırdı.
Sonra çıxış edən Dövlət İdarərələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehtiyev vurğulayıb ki, tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi qazilərinə təşəkkürünü bildirdi. O bildirdi ki, Şəhidlər və qazilər Azərbaycan tarixini yazdılar, onlar mənfur düşmənə qarşı cəsarətlə döyüşdülər. Onların bir amalı var idi Vətən torpağını işğaldan azad etmək. Onlar 30 illik həsrətə son qoydular. Biz çoxlu şəhidlər verdik. Şəhid anaları qarşısında baş əyirik və onlara rəhmət diləyirik. Azərbaycan anaları Vətənə igid oğullar bəxş ediblər. Müharibə zamanı Ali Baş Komandan xalqı birliyə çağırdı və xalq onun ətrafında sıx birləşdi. Xalq, dövlət və ordu birliyi yarandı.
Daha sonra çıxış edənlər Göygöl rayon Dİ və İXİ Hİ Komitəsinin YAP Göygöl rayon təşkilatı ilk həmkarlar təşkilatının sədri Zamir Hüseynov və Göygöl rayon Dİ və İXİ Hİ Komitəsi təşkilatında ictimai əsaslarla xəzinədar işləyən Aygün Həsənova çıxış edərək bildiriblər ki, 8 noyabr tarixi ölkəmiz üçün şanlı bir səhifədir. Bu şanlı səhifəni tariximizə qızıl hərflərlə həkk edən Müzəffər Ali Baş Komandana və Rəşadətli Ordumuza borcluyuq.Zəfərimizə gedən yol qeyrətli və mətin xalqımızın dövlətimizlə ordumuzla birliyindən irəli gəlir. Zəfərimiz qürur mənbəyimizdir. Dünyada yaşayan bütün azərbaycanlıların vətəni sayılan Azərbaycan hər birimiz üçün müqəddəsdir. Ən ali dəyərlərimizi qoruyub gələcək nəsillərə ötürmək üçün qalibiyyətimizlə nəticələnən Vətən müharibəsi xalqımızın şərəfli tarixində ən uca zirvədədir. Zəfərimizin 1 yaşı mübarək olsun! Sonda qazilərlə, müharibə veteranları və müharibə iştirakçıları ilə xatirə fotoları çəkdirilib, onlara qiymətli hədiyyələr verilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-02-2025