Mobil versiya
Malik Həsənov: Azərbaycanın inkişafında hər bir bölgənin öz payı var
Tarix: 03-11-2021 | Saat: 09:09
Bölmə:Siyasət | çapa göndər

Malik Həsənov: Azərbaycanın inkişafında hər bir bölgənin öz payı var

Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində hər bir bölgənin öz payı var. Prezident İlham Əliyevin 2003-cü ildən bəri qarşıya qoyduğu enerji sektorundan asılılığın minimuma endirilməsi hədəfinə uyğun olaraq regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə üç Dövlət proqramının həyata keçirilməsi uğurla başa çatıb və dördüncünün icrası davam edir. Bölgələrin tərəqqisi qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması kimi dəyərləndirilərək bu istiqamətdə atılan addımlar nəticəsində qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunur. Son illərin əsas diqqət çəkən məsələlərindən biri rayonlar arasında ixtisaslaşmanın həyata keçirilməsi və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqətin göstərilməsidir.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

M.Həsənov diqqəti hazırda ölkəmizin həyatında yeni dövrə - bərpa və quruculuq işlərinə yönəldərək Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsini, həmçinin iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanın imzalanmasını da işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadəyə yönəldildiyini və bununla da qarşıdakı illərdə ölkəmizin davamlı inkişafının təmin edilməsi üçün geniş imkanlar yaranacağına əminliyini ifadə edib. Deputat deyib: “Hazırkı dövrdə işğaldan azad edilmiş rayonların bərpası, soydaşlarımızın Böyük Qayıdışının reallaşdırılması prioritet olsa da, Prezident İlham Əliyev digər rayonların da sosial-iqtisadi inkişafını diqqətdən kənarda saxlamır, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq üçün mütəmadi bölgələrə səfərlər edir. Rayonlara hər səfəri mühüm sosial obyektlərin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 1-də İsmayıllı və Şamaxı rayonlarına səfərləri də diqqətçəkəndir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olduqlarını, İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binasının, Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, 7 saylı körpələr evi-uşaq bağçasının, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin və digər sosial obyektlərin açılışlarında iştirak etdiklərinin qeyd edən deputat vurğulayıb ki, görülən işlərin miqyasının genişliyi bir daha regionların inkişafının dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir.

M.Həsənov onu da xüsusi qeyd edib ki, bütün bölgələrimizin müasir tələblərə uyğun inkişaf etdirilməsi, insanların rahatlığının təminatı, infrastruktur layihələrinin uğurlu icrası, şəhərlə kənd arasında fərqin aradan götürülməsinə yönələn addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. “Atılan bütün addımlarda vətəndaş məmnunluğunun artırılması özünü qabarıq şəkildə büruzə verir. İşğaldan azad edilmiş, ümumilikdə bütün bölgələrimizdə görülən işlər Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Zəfərimizin birinci ildönümünün sevincini yaşadığımız hazırkı günlərdə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgələrimizə, o cümlədən İsmayıllı və Şamaxı rayonlarına səfərləri təqdir olunur və bir daha bu reallığı təsdiqləyir ki, ölkə Prezidentinin Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədi sadəcə sözdə ifadə edilmir, konkret addımlarda öz əksini tapır. Son 18 ildə yeni açılmış 2 milyondan artıq iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də cənab İlham Əliyevin regional siyasətinin uğurlarının əyani təcəssümüdür. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı illərin yol xəritəsi olaraq bütün bölgələrin inkişafını sürətləndirəcək, ölkəmizin davamlı inkişafına stimul olacaq”, - deyə M.Həsənov əlavə edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024