Mobil versiya
General bağlanan sosial şəbəkə kanallarının sayını açıqladı
Tarix: 16-05-2025 | Saat: 11:47
Bölmə:Parlament / Karusel | çapa göndər

General bağlanan sosial şəbəkə kanallarının sayını açıqladı

Xüsusi polis qrupları tərəfindən keçirilmiş xüsusi əməliyyat axtarış tədbirləri ilə 161 insan alveri faktı insan alveri məqsədilə qanunsuz hərəkətlərlə əlaqədar aşkarlanıb.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

Nazir müavini bildirib ki, həmin faktlar üzrı 15 cinayət işi başlanaraq, 16 təqsirləndirilən şəxs qismən məsuliyyətə cəlb olunub: “Ümumilikdə 13 cinayət işinin istintaqı tamamlanaraq, məhkəmə məsuliyyətinə verilib, 11 nəfər haqqında ittihamedici hökmlər çıxarılıb. 2024-cü ildə insan alveri əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanların ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axyarışda olub, onlardan 16 nəfər o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb".

General qeyd edib ki, informasiya texnologiyaları tətbiqi ilə düzəldilmiş 44 müvafiq fakt da aşkarlanaraq, cinayət işi başlanıb: “Eyni zamanda aparılmış monitorinqlər nəticəsində insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 teleqram, Tiktok və instaqram kanalı bağlanıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025