Mobil versiya
Humay Fərəcova-Cabbarovanın “Rauf Hacıyevi düşünərkən” adlı yeni kitabının təqdimatı keçirildi."
Tarix: 16-05-2025 | Saat: 10:46
Bölmə:Ölkə | çapa göndər



Humay Fərəcova-Cabbarovanın “Rauf Hacıyevi düşünərkən” adlı yeni kitabının təqdimatı keçirildi."


15 may 2025-ci ildə Üzeyir Hacıbəylinin ev muzeyində, bəstəkar Rauf Hacıyevin 103 illik yubileyi münasibətilə musiqişünas və sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarovanın “Rauf Hacıyevi düşünərkən” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov açaraq, Rauf Hacıyevin zəngin yaradıcılıq irsi, Azərbaycan musiqisindəki rolu və mədəniyyət sahəsindəki əvəzsiz xidmətləri barədə danışdı. O, həmçinin Üzeyir bəyin irsinin Rauf Hacıyev kimi bəstəkarların inkişafına göstərdiyi təsirə toxundu.


Daha sonra söz Humay Fərəcovaya verildi. O, kitabın yazılma tarixindən, yaranma məqsədindən və onun əhəmiyyətindən bəhs etdi. Mərasimdə bir sıra tanınmış qonaqlar da iştirak edərək ürək sözlərini və bəstəkarla bağlı xatirələrini bölüşdülər. Qonaqlar arasında Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, musiqişünaslar Zümrüd Dadaşzadə, Ülkər Talıbzadə, kitabın redaktoru Aytən Oqtayqızı, AMK-nın professoru Akif Quliyev, bəstəkar Məmmədağa Umudov, saksafon ifaçısı Rafiq Seyidzadə, Əməkdar incəsənət xadimi Natəvan Şeyxova və başqaları yer aldı.




Bəstəkarın ailə üzvləri də tədbirdə iştirak edərək onun xatirəsini anıb, öz ürək sözlərini ifadə etdilər.

Tədbirin bədii hissəsində Rauf Hacıyevin musiqi əsərləri səsləndirildi. Ləman Əhədova “Əlcəzair süitası”, Elyar Əliyev “Sevgilim” mahnısını (konsertmeystr: Leyla Əlyeva) və Rauf Hacıyev adına 15 nömrəli məktəbin xor kollektivi “Bəxtiyarlıq” və “Azərbaycan” mahnılarını ifa etdilər.

Yekunda xatirə fotosu çəkildi, və hər kəs gənc musiqişünası təbrik etdi.




Fuad Biləsuvarlı

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025