Mobil versiya
"Hörmətli səhiyyə naziri, bir dənə Lor yoxdur" - Səyyad Salahlı
Tarix: 16-05-2025 | Saat: 14:13
Bölmə:Parlament | çapa göndər

"Hörmətli səhiyyə naziri, bir dənə Lor yoxdur" -

“Rayonlardakı direktorlar ora gedən həkimlərin hansısa sözlərinə uyaraq, onları 3-4 aydan sonra geri göndərirlər. Burda təhsil alıb həkim vətənə borcunu ödəməmiş hara gedir? Bu nə demokratiyadır?”

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.

“Guya buna rayonun havası düşmədi? Bu, əsassız bəhanədir. Mütləq həkim təyinatla getdiyi yerdə işləməli və sonra geri qayıtmaq barədə düşünməlidir. İmişlidə 140 minlik əhalinin bir dənə rentgeni yoxdur. Belə iş olar? İmişli-Saatlı-Sabirabadda 400 minə qədər əhali yaşayır. Lakin bir dənə Lor yoxdur, hörmətli səhiyyə naziri. Onlar yığışıb Lor üçün Bakıya gəlməlidir. Təyinat mütləq məcburi olmalıdır”, - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025