Mobil versiya
Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyət verilib - FƏRMAN
Tarix: 02-11-2021 | Saat: 14:57
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyət verilib -

Dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək səlahiyyəti Azərbaycan İnvestisiya Holdinqinə verilib.

aia.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edk ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) — Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən davamlı struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılmış publik hüquqi şəxsdir. AİH 7 avqust 2020-ci il – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən təşkil olunub. Holdinqin yaradılmasında əsas məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirərək, onların fəaliyyətində şəffaflığın və iqtisadi səmərənin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə durumu və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025