Mobil versiya
Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib - FOTOLAR
Tarix: 02-11-2021 | Saat: 12:06
Bölmə:Gündəm | çapa göndər

Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayonu sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan 15 vətəndaşımız tərəfindən Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Görüşdə millət vəkili Könül Nurullayeva ümumilikdə 12 vətəndaşımızı fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Deputat Qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq səviyyəsinin yüksəldilməsi, əlilliyin təyin edilməsi, Vətən müharibəsi qazisinin bankla arasında yaranan anlaşılmazlıq və əlillik pensiyasının əsassız səbəbdən kəsilməsi ilə bağlı məsələlər başlıca yer almışdır.

Qəbulun sonunda Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025