Mobil versiya
Novruz Aslanov Tərtər rayonuna səfər etdi - FOTOLAR
Tarix: 30-10-2021 | Saat: 10:30
Bölmə:Manşet / Gündəm | çapa göndər

Novruz Aslanov Tərtər rayonuna səfər etdi -

Oktyabrın 28-də millət vəkili Novruz Aslanov Bərdə terrorunun bir ilinin tamamında Bərdəyə səfər etmişdir. Səfər zamanı terror zamanı həlak olmuş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü Məhərrəm Mustafayevin məzarı və şəhidlər xiyabanı ziyarət edilmişdir.

aia.az xəbər verir ki, həmin gün Novruz Aslanov Tərtər rayonunda, Suqovuşanda və Talış kəndində də olmuşdur. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşündə humanitar layihələr barədə müzakirələr aparılmış, gələcək perspektivlər nəzərdən keçirilmişdir. Vətən Müharibəsi dövründə AzQAC-ın mülki əhaliyə göstərdiyi humanitar yardımlara, həmçinin pandemiya dövründə həyata keçirilən layihələrə görə Novruz Aslanova təşəkkür edən Müstəqim Məmmədov bundan sonra da AzQAC-ın rayon bölməsinin səmərəli fəaliyyətinə imkanlar daxilində dəstək verəcəklərini bildirmişdir. Novruz Aslanov da öz növbəsində bu dəstəyə görə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova təşəkkür etmişdir.

Sonra Tərtər rayonunda ən çox dağıntıya məruz qalmış ərazilərin foto şəkillərini, rayon ərazisinə düşmüş raketlərin qalıqlarını millət vəkilinin diqqətinə çatdırılmışdır. Sonda Novruz Aslanovla icra hakimiyyətinin başçısı birgə Suqovuşana və Talış kəndinə gediblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-05-2024