Mobil versiya
YAP Şəmkir rayon təşkilatı Şəhid ailələri ilə görüşlərini davam etdirir.
Tarix: 28-10-2021 | Saat: 11:00
Bölmə:Gündəm | çapa göndər

YAP Şəmkir rayon təşkilatı Şəhid ailələri ilə görüşlərini davam etdirir.

YAP Şəmkir rayon təşkilatının rəhbərliyi və partiya fəalları rayonun Sabirkənd kənd sakinləri, Vətən müharibəsi şəhidləri kapitan Hafiz Xalid oğlu Abdurrahmanov, baş leytenant Habil Qabil oğlu Əbdürrəhimli və Məhəmməd Yaqub oğlu Əliyevin məzarlarına gül-çiçək dəstələri düzüb və ailə üzvlərini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, yetişən gənc nəslin üzərinə düşən vəzifələrdən danışdı, və bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinə, Milli qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiram göstərilir.
Digər çıxış edənlər Hafizin, Habilin və Məhəmmədin qısa və şərəfli ömür yollarıdan, onlarla bağlı xatirələrindən danışıblar. Qeyd edilib ki, Hafizin, Habilin və Məhəmmədlə bərabər Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə örnəkdir. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Hafizin, Habilin, Məhəmmədin və bütün Vətən şəhidlərinin xatirəsi heç vaxt unudulmayacaq, daim qürur hissi ilə anılacaq.

Təşkilat nümayəndələri aillərin qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin tezliklə həllini tapacağını bildiriblər.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025