Mobil versiya
TALEH QARAŞOVUN MÜAVİNİNDƏN ŞİKAYƏT EDİLDİ
Tarix: 04-05-2016 | Saat: 11:33
Bölmə:Manşet | çapa göndər



TALEH QARAŞOVUN MÜAVİNİNDƏN KORRUPSİAYA QARŞI MÜBARİZƏ İDARƏSİNƏ ŞİKAYƏT EDİLDİ

Bakı şəhəri Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, ev 8b, mənzil 31-də yaşayan Ağayev Ağaəsgər Yusif oğlu Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyya Qarşı Mübarizə İdarsinin rəisi Kamran Əliyevə ünvanladığı şikayət ərizəsinin bir nüsxəsinin də Aia.az İnformasiya Agentliyinə ünvanlayıb. Yazıda adları çəkilən şəxslərin hər birinin cavab haqqını tanımaq şərtilə həmin ərizəni olduğu kimi təqdim edirik.

“Hörmətli Kamran müəllim!
Mən Ağaəsgər Yusif oğlu Ağayev çox çətin bir durumla üzləşməli olmuşam. Qanunun aliliyini təmin etməli olan şəxslər özləri qanunsuzluq törətmək, başqasınn əmlaknı ələ keçirmək, ondan maddi qazanc əldə etmək məqsədilə satmaqdan belə çəkinməmişlər. Bir ümid yeri kimi mənə qarşı olan haqsızlığın, ədalətsizliyin aradan qaldırılması məqsədilə sizə üz tutmaq məcburiyyətində qalmışam. Hər şeydən əvvəl ona görə ki, sizin obyektivliyinizə, korrupsiya və rüşvətxorluğa qarşı barşmaz mübarizə apardığınıza inanıram. Sizə güvənirəm. Qəribə burasıdır ki, özbaşınalıq edən şəxs dövlət başçısının etimadından sui-istifadə edərək insanların haqlarını öz şəxsi mənfəəti xatirinə tapdamaqdan belə çəkinməyən Lənkəran rayon İcra Hakimiyyətinin müavini İlkin Rəhimovdur. İlkin Rəhimov əlbəttə ki, özbaşına hərəkət edə bilməz. Onlar əlbir olaraq Lənkəranda Koroğlu küçəsində yerləşən və diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən mənim baba ocağımı qeyri-qanuni yolla külli miqdarda pul qazanmaq məqsədilə ələ keçirmişlər.
Lənkəran rəhbərliyi şəxsi qazanc əldə etmək məqsədilə onun fəaliyyətinə xitam vermişdir. Binanın mənim şikayətimdən sonra qəzalı olduğunu bildirərək, onu Lənkəran RİH başçısının müavini İlkin Rəhimovun yaxın qohumu Lənkəran rayon Şilavar kənd Bələdiyyəsinin sədri Malik Rəhimovun oğlu E.Rəhimovun adına özəlləşdirilmişdir. E.Rəhimov isə o mülklə bağlı iş adamı Hacı Məmməd Məmmədovun adına dolayı yolla etibarnamə verib və bir neçə məmurun adının hallanmasına, gizli saxlanmasna guya nail olmuşdur. Halbuki, həmin evin mənim baba yurdum olduğunu, həmin evə vərəsəlik hüququnu təsdiqləyən Lənkəran Xalq Məhkəməsinin S.M.Qarayevin sədrliyi və “Lənkəran ensiklopediyası” kimi tanınan, “Lənkəran” kitabının müəllifi, xalq müəllimi, tədqiqatçı Mir Haşım Talışinskinin şahidliyi ilə keçirilmiş məhkəmə iclasının( iş N-2-32 1997-ci il) Qətnaməsi mövcuddur.
Mənim atam Yusif Ağayev 1928-ci ildə babam Ələkbərov Kəblə Tağı Hacı İbad oğluna məxsus bu evdə anadan olmuşdur. 1937-ci ildə məlum hadisələrə görə ona məxsus bu ev dövlətə keçmişdir. Bu mülk 1941-1945-ci illərdə hərbi hospital, 1972-ci ilədək isə 3 saylı orta məktəb və ötən ilə kimi diyarşünaslıq muzeyi olmuşdur.
Həmin ev qanunla vərəsə kimi mənə qaytarılmalı olduğu halda gizlicə olaraq əl altından satışa çıxarılmışdır. Xeyli vaxtdır İ.Rəhimov mənim baba yurduma sahib çıxmağıma imkan vermir. Həm də bu onun törətdiyi ilk belə zorakılıq faktı deyil. Bu qəbildən bir neçə qanunsuzluq aktına imza atmışdır. Babam Kərbalayi Tağnn atası Hacı İbadın qədim şərq arxitekturasını özündə əks etdirən evi satılmış və yerlə-yeksan edilmişdir.
Mən ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət ünvanlamışam. Mənim müraciətimə cavab olaraq Prezident Adminstrasiyası Lənkəran Rayon İcra Haimiyyətinə məktub göndərmişdir və həmin məktubda haqq-ədalətin bərpası üçün tövsiyyələr verilmişdir. Mən dəfələrlə icra hakimiyyətinin müavini İlkin Rəhimovun qəbulunda olmuşam. Bütün məhkəmə və başqa sənədlərin surətlərini ona təqdim etmişəm. Mənim baba ocağı satılıb və yerlə yeksan olub. Muzey başqa ünvana köçürülüb. İcra Hakimiyyətinin müavini İlkin Rəhimov isə mənə göndərdiyi cavab məktubunda (15,04,2016-cı il A-68/2-033/2 t/1) izi azdırmaq üçün təzə binaya köçürülmüş Diyarşünaslıq muzeyinin ünvanını göstərir və mənə yenidən Lənkəran rayon icra şöbəsinə müraciət etməyi məsləhət görür. Lakin baba yurdumun satılmasına rəvac verən İ.Rəhimov mənə ünvanladığı məktubda bu haqda heç bir məlumat vermir.
Əgər lazım gələrsə mən Sizin nümayəndə lərlə birlikdə İlkin Rəhimov və digərləri ilə görüşməyə hazıram. İ,Rəhimovun mənim baba yurdumun qaytarılması üçün verdiyi neqativ təkliflər haqda yazılı məlumat verəcəyəm. Mən öz qanunu haqqımı tələb edirəm. İnanıram ki, Sizin köməyinizlə baş verən korrupsiya əməli ifşa olunacaq və qanunun tələblərinin yerinə yetirilməsi təmin ediləcəkdir.
Əvvəlcədən təşəkkürümü bildirirəm”.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024