"Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir"...
Tarix: 14-06-2025 | Saat: 17:39
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı qəbul olunmuşdu. Bu tarixi sənəd Azərbaycanın yeni dövlətçilik tarixinin siyasi sənədi idi. Qısa müddətdə dünyanın əksər dövlətləri Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Bir vaxtlar Məhəmməd Hadinin ürək ağrısı ilə dediyi “Yox millətimin imzası imzalar içində” fikri poeziyadan siyasi həyata gətirilmişdi, Azərbaycan dünya dövlətləri ilə siyasi münasibətlər yaratmışdı.
Azərbaycanda siyasi vəziyyət gərginliklər yaratmışdı. O günləri böyük tarixi şəxsiyyət Heydər Əliyev belə xarırlayırdı: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Gəncədə hərbi çevriliş cəhdi – qiyam başlamışdı, Lənkəranda separatçılıq. Azərbaycan parçalanma, dövlətçiliyini itirmə təhlükəsi ilə üzləşmişdi. Belə bir vaxtda xalq son çıxış yolu kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Böyük tarixi şəxsiyyət xalqın tələbinə sevgi dedi, bu təkidli tələbi Azərbaycan dövlətçiliyinin qurtuluşuna vasitə bildi. Bakıya qayıtdı. Gəncədə qiyamın qarşısını aldı, separatçılığın baş qaldırmasına imkan vermədi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi, istər siyasi, istərsə də iqtisadi baxımdan sürətli, dayanıqlı inkişafın başlanğıcı oldu. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyununda Milli Məclis 15 iyunu bayram günü elan etdi. Bu bayram dövlətçiliyin bayramı idi, Azərbaycanın qurtuluşunun bayramı idi...
Böyük tarixi şəxsiyyət böyük siyasi xadim idi və memarı olduğu müasir Azərbaycanın dünya dövlətləri tərəfindən daha miqyaslı tanınması, ikitərəfli, çoxtərəfli siyasi və iqtisadi əlaqələr formalaşdırması üçün bir siyasi xətt müəyyənləşdirmişdi: ictimai-siyasi sabitlik. Bu sabitliyi dövlətçiliyin dayanıqlığında başlıca şərt bilirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycanın dövlətçiliyinin xilas edilməsi üç mühüm amilə əsaslanır: xalq Heydər Əliyevə inanırdı, Heydər Əliyev böyük tarixi şəxsiyyət idi və bunu xalq da bilirdi, təqdir edirdi, Heydər Əliyevin xalqa, Azərbaycana sonsuz sevgisi vardı.
Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi xilas edildi, dövlətdə asayiş, qayda-qanun möhkəmləndi, xırda silahlı dəstələrin fəaliyyətinə son qoyuldu, nizami ordu formalaşdırıldı, ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
1993-cü ilin yanvarın 5-dən 6-na keçən gecə Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə Azərbaycan ordusu Horadiz istiqamətində hücum əmriyyatına başladı. Bu əməliyyat Azərbaycan Ordusunun gücünün, qüdrətinni təsdiqi olacaqdı, Azərbaycan əsgərinin qalibiyyət əsgəri olduğunu təsdiqləyəcəkdi. Əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu qələbə ordumuzun döyüş əzmini, qələbə ruhunu ifadə edən qələbə kimi tarixləşdi…
Sonralar peşəkar hərbçilər demişdi ki, bu əməliyyat ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında müstəsna əhəmiyyətə malik oldu...
Ordu quruculuğunun elmi əsaslarla aparılmasında hərbi-elmi biliklərin böyük əhəmiyəti olduğu danılmazdır. Ali hərbi təhsilli komandir və qərargah zabitlərinin ixtisasının artırılmasının, hərbi sahədə elmi-tədqiqat işlərinni təşkilinin və aparılmasının, hərbi-elmi işçilərin hazırlanmasının, dövlət orqanlarında işləyən yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin vahid bir mənbədən təkil edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzaladı. Sonralar – İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən sonra bu Akademiyanın bazasında Milli Müdafiə Universiteti yaradıldı. Belə bir möhtəşəm hərbi təhsil sisteminin yaradılmasının da başlanğıcı mahiyyət baxımından Qurtuluş Günü hüsab edilə bilər.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər yaradılmasını da təmin etdi. Belə münasibətlər Azərbaycanın iqtisadi gücünün artırılması ilə gerçəkləşə bilərdi. Dünya dövlətləri iqtisadi gücü artan Azərbaycanla siyasi və iqtisadi əlaqələr yaratmağa, mövcud əlaqələri genişləndirməyə maraq göstərirdi. Böyük strateq, siyasi xadim və yüksək erudisiyalı tarixi şəxsiyyət olan Heydər Əliyev dünyanın aparıcı dövlətlərinin təmsil olunduğu “Əsrin müqaviləsi”nin bağlanmasını gerçəkləşdirdi, “Böyük İpək Yolu” xəyaldan həqiqətə çevrildi. “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” neft və qaz xətləri layihələri də gerçəkləşdi.
1999-cu il sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışında Ulu Öndər demişdi: “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”. Bu fikirlər Azərbaycanın dünya dövlətləri sırasında özünəməxsus yeri olduğunu, həm siyasi, həm də iqtisadi qüdrəti ilə bəşəri dövlətlər üçün gərəkli tərəfdaş olduğunu xatırladırdı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir, zənginləşdirir. Bu, azərbaycançlığa böyük sədaqətdir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə tarixi xidmətdir. Bu gün dövlətçilik memarı böyük tarixi şəxsiyyət Heydər Əliyev olan müasir Azərbaycan dünyanın inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu artan dövlətinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət ölkəmizə böyük uğurlar qazandırıb. Yeni nailiyyətləri ilə güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət Azərbaycanın yüksəlişini, siysi və iqtisadi inkişafını təmin edib.
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edilən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi gerçəkliyi belə ifadə edir: "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir"...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-06-2025
13-06-2025