Mobil versiya
Milli Məclisin deputatı Asif Əsgərov növbəti dəfə sakinlərlə görüşüb -Fotolar
Tarix: 14-06-2025 | Saat: 16:06
Bölmə:Manşet / Ölkə / Parlament | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov növbəti dəfə sakinlərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov şəhid Qədirov Elvinin ailəsini ziyarət edib. Ziyarət zamanı şəhidin valideynləri ilə səmimi söhbətlər aparılıb, onların qayğıları öyrənilib,Elvinin igidliklərlə dolu döyüş yolu xatırlanıb.Aileye maddi yardım edilib.

aia.az xəbər verir ki, daha sonra Millət vəkili Mosul kəndində vətəndaşlarla görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov,kənd icra nümayəndəsi,bələdiyyə sədri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Qəbul zamanı kənd sakinləri bir sıra sosial-məişət məsələləri ilə bağlı müraciətlərini millət vəkilinin diqqətinə çatdırıblar. Sakinlər kənddə infrastrukturun yenilənməsinə, kommunal xidmətlərin keyfiyyətinin artırılmasına, işıq təchizatında qeyri-sabitlik, bankomat çatışmazlığı, kənd daxili yolların vəziyyəti və içməli su ilə bağlı müəyyən çətinlikləri də qeyd edib.Vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı yerində həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə nəzarətə götürülüb.Qəbul zamanı olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.

Qəbuldan sonra Millət vəkili Asif Əsgərov Mosul kəndində Azərbaycan Cüdo Federasiyası tərəfindən inşa edilən cüdo zalına baxış keçirilib.
Qeyd olunub ki, tikinti işləri Prezident cənab İlham Əliyevin idmanın inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqlara uyğun şəkildə, yüksək səviyyədə davam etdirilir. Müasir standartlara cavab verən bu idman qurğusunun istifadəyə verilməsi Mosul və ətraf kəndlərin gənclərinin idmana cəlbi, sağlam həyat tərzinin təşviqi və gələcək peşəkar idmançıların yetişdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Onlar dövlətin daim xalqının yanında olmasını böyük məmnunluq və qürur hissi ilə qeyd ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025