Azərbaycanlı hacılar ölkəyə nə vaxt qayıdır? - QMİ-dən CAVAB
Tarix: 16-06-2025 | Saat: 10:21
Bölmə:Ölkə | çapa göndər

İsrail ilə İran arasında iyunun 13-dən başlayan və hələ də davam edən hərbi toqquşma səbəbindən regionda gərgin vəziyyət yaranıb. Gərginlik xüsusilə hava məkanında özünü göstərir, bir sıra beynəlxalq aviareyslər ya tamamilə ləğv olunub, ya da gecikmələrlə həyata keçirilir. Toqquşma bölgədəki mülki aviasiya axınına ciddi təsir göstərməkdədir.
Yaşanan bu hadisələr fonunda Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların geri dönüşü ilə bağlı da suallar yaranıb. Xüsusilə də iyunun 16-da Həccdən qayıdacaq ilk zəvvar qrupunun uçuş planına hansısa formada təsirin olub-olmayacağı müzakirə edilir.
QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, bu gün saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək:
"İndi 4 avtobus yola saldıq. 11:00-12:00 radələrində təyyarə yola düşəcək, İnşallah! Axşam saatlarında təyyarə çatacaq, 17:00-18:00 radələrində Bakıya eniş edəcəklər. Reyslər dəyişməyib. Hamısı gəlib Bakıya çatacaqlar. Heç bir dəyişiklik yoxdur. Hər şey qaydasındadır".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-06-2025
15-06-2025
14-06-2025