Mobil versiya
Qubadlının azad edilməsi ilə Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi - Hərbi ekspert
Tarix: 25-10-2021 | Saat: 10:58
Bölmə:Gündəm | çapa göndər

Qubadlının azad edilməsi ilə Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi - Hərbi ekspert

Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistanın işğalından azad edilməsinin 1-ci ildönümüdür.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Vətən müharibəsi zamanı Qubadlı istiqamətində əks-hücumları davam etdirmək və daha geniş coğrafiyada qələbə əldə etmək üçün şərait Zəngilanın işğaldan azad edilməsindən sonra yarandı:

"Qubadlının azad edilməsi Azərbaycan ordusunu Qarabağı Ermənistanla birləşdirən yeganə Laçın dəhlizinə yaxınlaşdırdı. Rayon azad ediləndən sonra Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi.

Qubadlının azad olunmasında milli ordu ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr və SAT (Dəniz pişikləri) aktiv iştirak edib. Qubadlı döyüşlərində PUA-larımız məhv etmək üçün ciddi hədəflər tapa bilmirdi. Bu, Ermənistan ordusunun tükənməsi, fərarilərin artması demək idi."

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025