Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Azərbaycanda rəsmi səfərdədir
Tarix: 18-10-2021 | Saat: 16:02
Bölmə:Gündəm | çapa göndər
Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Gilles Carbonnier Azərbaycan Qızıl Aypara Cəmiyyətini ziyarət edib. Görüş 2021-ci il oktyabrın 18-də AzQAC-ın baş ofisində keçirildi. Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Gilles Carbonnierin AzQAC-ın ofisini ziyarət etməsindən məmnunluq hissi duyduğunu bildirdi. Hər iki qurum arasında humanitar sahədəki əməkdaşlıq əlaqələrinin I Qarabağ müharibəsindən bu günə kimi davam etdiyini söylədi. Humanitar missiyamızın fasiləsiz olaraq davam etdiyini xüsusi olaraq qeyd etdi. Həmçinin, o çətin günlərdə BQXK-nın humanitar sahədə çox böyük dəstək olduğunu bildirdi.
BQXK ilə birlikdə daha öncə də həyata keçirdiyimiz uğurlu layihələrin olduğunu iştirakçıların diqqətinə çatdırdı. Belə layihələrdən Anti-mortem layihəsini, AzQAC-ın Fövqəladə Mobil Könüllü Dəstələrinin yaradılmasını və onlara tam dəstəyin verilməsi və İqtisadi Təhlükəsizlik layihəsini misal göstərmək olar.
44 günlük müharibə zamanı dağıdılmış ərazilərin bərpa edildikdən sonra həmin ərazilərə insanların köçürülməsinin vacib olduğunu diqqətə çatdırdı. Həmin ərazilərin yenidən yaşayış üçün bərpa edilməsinin insanlıq üçün çox vacib məsələ olduğunu söylədi. Bu sahədə dövlətin dəstəyinin, diqqət və qayğısnın danılmaz olduğunu xüsusi olaraq qeyd etdi. Müharibədən zərər görmüş ərazilərə humanitar yardımlar edərkən özümüzün humanitar bir təşkilat olaraq rolumuzu müəyyənləşdirməyin vacib olduğunu söylədi.
BQXK-nın vitse-prezidenti çıxışı zamanı AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanova bu görüşün baş tutmasından məmnunluq hissi duyduğunu bildirdi. Vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq ümümi maraq dairəmizdə olan məsələlərin müzakirə olunmasının xoş olduğunu söylədi. 44 günlük müharibə zamanı AzQAC ilə BQXK-nın birlikdə çalışaraq zərəçəkmiş insanlara humanitar yardımların çatdırılmasını təmin edə bildiklərini xüsusi olaraq vurğuladı. Milli Cəmiyyət ilə sıx əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inandığını bildirdi. Başlıca sahələrin içərisində itkin düşmüş şəxslərin axtarılması işinin lazımlı və vacib olduğunu söylədi. Bununla yanaşı, ilk tibbi yardım və psixososial dəstəyə daha çox ehtiyac duyulduğunu bildirdi.
Rəylər və təkliflər dinlənildi, müvafiq qərarlar qəbul edildi.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edildi.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-02-2025
04-02-2025