Mobil versiya
Səttar Möhbalıyev: “Buster dozası virusa qarşı güclü qorumanı bərpa edir”
Tarix: 14-10-2021 | Saat: 15:16
Bölmə:Gündəm | çapa göndər

Səttar Möhbalıyev: “Buster dozası virusa qarşı güclü qorumanı bərpa edir”


“Aşkarlandığı vaxtdan bu günə kimi, ölkəmiz COVID-19 virusuna qarşı effektli mübarizə aparır. Digər dövlətlərlə müqayisədə Azərbaycan pandemiyadan ən az zərər görən və minimum itki ilə üzləşən ölkələrdəndir. Bunun səbəbi, təbii ki, dövlətimizin dayanıqlı iqtisadi qüdrəti və yaranmış vəziyyətə çevik adekvat reaksiyasıdır. Həmçinin Azərbaycan koronavirusa qarşı peyvəndi alan və vaksinasiyaya başlayan ilk ölkələr siyahısındadır. Xatırlayırsınızsa, virus ölkəmizə ayaq açdığı zaman dövlətimizin başçısı cənab İlham Əliyev qeyd etdi ki, bizim üçün ən vacib məsələ vətəndaşlarımızın sağlamlığıdır və bu şüar altında önləyici tədbirlər görüldü, pandemiyadan əziyyət çəkən bütün vətəndaşlarımız dövlət qayğısı ilə əhatə olundu. Bu, bir daha onu göstərir ki, dövlət hər zaman vətəndaşlarının yanındadır”.


Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.


S.Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizə daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verməkdədir.

Sədr deyib ki, məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi imkanı var: “Onların hər biri effektli və təhlükəsizdir, heç bir yan təsiri müşahidə olunmayıb. Real vəziyyət göstərir ki, istənilən virusdan qorunmağın yeganə və əhəmiyyətli yolu vaksinasiyadır. Statistika göstərir ki, dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tələb olunan xəstəliklərdən ölür və ətrafındakı insanlar üçün də təhlükə mənbəyi olur. Bunun üçün hər bir insan məsuliyyətli olmalı, özünü və yaxınlarını qorumaq üçün peyvənd olunmalıdır. Bu gün ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına əsasən, artıq ölkəmizdə 9 073493 nəfər peyvənd olunub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə isə 4 156 599 nəfər təşkil edir. Statistikadan da görünür ki, ölkəmizdə bu sahədə vəziyyət ürəkaçandır və vətəndaşlarımız bu işə daha məsuliyyətlə yanaşır”.


“Bu gün dünyada virusla bağlı müşahidə olunan vəziyyət, yeni ştammların ortaya çıxması xəstəliklə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini tələb edir. Ekspertlərin sözlərinə görə, həmçinin vurulan peyvənd bir müddət sonra maksimuma çatan qorunma səviyyəsini vaxt keçdikcə itirə bilər. Bunun üçün yeni dozaya ehtiyac yaranır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Mütəxəssislər təsdiqləyir ki, bu doza immuniteti yenidən gücləndirir və peyvəndin effektivliyini artırır. Məlumdur ki, hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Beynəlxalq statistika da təkrar vaksinasiya olunmanın zəruriliyini təsdiqləyir. Bunun üçün buster dozasının alınması prosesi sürətləndirilməlidir. Artıq xarici dövlətlərdə bu proses başlanılıb, yeni ştammlara qarşı bu doza daha effektli hesab olunur, yüngül yoluxmaları önləmək gücünə malikdir və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər”, – Milli Məclisin deputatı vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024