Mobil versiya
Alı Alıyev bacısı oğlu və yeznəsinə hansı biznesini tapşırıb?
Tarix: 3-05-2016, 16:11 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Alı Alıyev bacısı oğlu və yeznəsinə hansı biznesini tapşırıb?

Alı Alıyev bacısı oğlu və yeznəsinə hansı biznesini tapşırıb? - təfsilatFüzulinin icra başçısı İltizam və Nazimin əliylə qapı-pəncərə biznesini inhisara alıb

Füzulinin icra başçısı Alı Alıyevlə bağlı yeni məlumatlar redaksiyamıza daxil olub. Füzulidən verilən səhih məlumata görə, icra başçısı özünə məxsus 4000 baş xırda buynuzlu, 1000 başlı iribuynuzlu heyvanlarını Horadiz qəsəbəsinin yaxınlığındakı Bulğa Dərəsi deyilən əraziyə yerləşdirib.

Məlumatlarda vurğulanır ki, Alı Alıyev cəbhə xəttində vəziyyətin gərginləşdiyini görərək, öz heyvanlarını Fin şəhərciyi deyilən əraziyə yerləşdirmişdi. Həmin vaxt əhali icra baçısının belə addım atdığını görərək, baş verənlərdən bərk qorxuya düşüblər. Onlar düşünüblər ki, yəqin hansısa hadisə baş verəcək ki, Alıyev öz fermasını cəbhə xəttindən xeyli uzaq əraziyə daşıyır.

İcra başçısının fermasının müdiri rayonun Dilağarda kəndindən olan Emin adlı şəxsdir. Emin hər ay bir dəfə Alı Alıyevin Horadizdəki binasına gələrək, fermadakı vəziyyətlə bağlı məlumat verir. Maraqdıdır ki, dəfələrlə şəhid ailələri və kasıb insanlar icra başçısının qəbuluna gələrək, ona niyə bu qədər heyvandan yoxsul ailələrə və ya imkansızlara, o cümlədən əsgərlərə hər hansı pay vermədiyini soruşublar. Hətta bununla bağlı rəsmi qurumlara da müraciət ediblər. Ancaq hər dəfəsində icra başçısı təkəbbürlə əlini stolunun üzərindəki müqəddəs Qurani Kərimə basaraq, «Bu Quran haqqı, fermadan ölkə rəhbərinin və onun çevrəsinin xəbəri var. Məni qəbul edəndə fermadakı heyvanların sayı barədə də məlumat vermişəm» deyib».

Alı Alıyev son döyüşlərdən sonra şəhid olmuş Füzulidən olan hərbçilərin ailələrinə belə bir quzu belə göndərməyib.

Qeyd edək ki, Emin adlı şəxs fermanın müdiri olsa da, sürülər və naxıra 23 çoban ailəsi nəzarət edir. Çobanların hamısı Xaçmaz, Quba, Qax, Zaqatala və başqa rayonlardan olanlardır. «Bu adamların hamısının adına əmək haqqı kartları var. Lakin bu kartlar heç də onların çoban kimi işə götürülməsinə dəlalət etmir. Çünki həmin çobanlar və ailə üzvləri ayrı-ayrı idarə və müəssisələrdə çalışdığını göstərir. Onların hamısının Əhmədbəyli, Bala Bəhmənli və Horadizdə yaşadığı sənədləşdirilib. Maliyyə işlərini isə birinci müavin Bağır Aslanov həyata keçirir. O, kartlardakı pulları çıxararaq, Eminə verir və o da həmin pulları əlbəəl çobanlara çatdırır».

Mənbələr vurğulayır ki, icra başçısının bu fırıldağından kimsə baş aça bilmir. Eyni zamanda, onlar yoxlama aparılarsa, rayonda belə halların çoxluq təşkil etdiyini deyirlər.

Maraqlı məlumatlardan biri də budur ki, ferma Fin qəsəbəsinə daşınarkən camaat çobanların yoluna kəsərək, bunu niyə etdiklərini soruşublar. Emin adlı şəxs isə onlara deyib ki, sürü Alı Alıyevin deyil, bir hissəsi vitse-spiker Bahar Muradovanın, bir hissəsi isə Əhməd Əhmədzadəyə məxsusdur. Heyvanların isə Qaradağ rayonu ərazisindəki yaylaqlara aparıldığını vurğulayıb.

Bu arada xəbər yayılıb ki, Fin qəsəbəsi deyilən ərazidəki yeni salınan yaşayış məntəqəsində çalışan fəhlələrin ərzaq təhcizatını da Alı Alıyev həyata keçirir. Və bütün işləri bacısı oğlu İltizamə həvalə edib. «Füzuli camaatını qıcıqlandıran odur ki, İltizam dayısı icra başçısı olana qədər, Füzuli rayonunun harada yerləşdiyini belə bilməyib. Dayısı icra başçısı olan kimi, dərhal 4 yol deyilən ərazidə özünə qapı-pəncərə sexi açıb. Həmin sex qısa müddətdə tender yolu ilə tikilən binaların bütün qapı-pəncərə işlərini özünə götürüb. Əslində, sexlər elə dayınındır və Alı Alıyev işlətdiyinə görə, bacısı oğluna faiz verirmiş. Elə bu səbəbdəndir ki, rayonda İltizamdan başqa heç kimin cürəti çatmaz ki, qapı-pəncərə işinə girişsin».(politika.az)

Mənbə iddia edir ki, qapı-pəncərələr hazır olan kimi, Alı Alıyevin yeznəsi Nazimə ötürülür. O da nəzərdə tutulan işlər üçün istifadə edir. «Maraqlıdır ki, edilən şikayətlərə əhəmiyyət verən yoxdur. İcra başçısı açıq şəkildə deyir ki, onun arxasında Zeynal Nağdəliyev dayanır. Ona görə də, camaata tövsiyyə edir ki, ora-bura yazıb, özlərinə əziyyət verməsinlər».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Aia.az



5519 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930