Nurlana Həsənova: “Cənubi Qafqazı erməni faşizmindən qurtarmağın yeganə yolu müharibədə qalib gəlmək idi”
Tarix: 07-10-2021 | Saat: 13:00
Bölmə:Gündəm | çapa göndər

“Otuz il ərzində ermənipərəst qüvvələrin təsiri altında olan beynəlxalq təşkilatlar bizi inandırmağa çalışırdılar ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Lakin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə sübut etdi ki, münaqişənin müharibə yolu ilə həlli nəinki mümkündür, həm də bu, Cənubi Qafqazı erməni faşizminin təhdidindən qurtarmağın da yeganə yoludur.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Samux Rayon Təhsil Şöbəsinin müdir, YAP Samux rayon təşkilatı İdarə Heyətinin üzvü Nurlana Həsənova deyib.
Nurlana Həsənova qeyd edib ki, Azərbaycan erməni təxribatlarına son qoymaq məqsədilə hərbi əməliyyatlara başlamasaydı bu problem otuz il bundan sonra da öz həllini tapmayacaqdı: “Otuz il ərzində dünya birliyi Qarabağ probleminə göz yumdu, vasitəçilik missiyasını öz üzərilərinə götürmüş beynəlxalq qurumlar isə münaqişəni həll etmədilər. Əksinə, ermənipərəst qüvvələrin təsiri altında olan bu təşkilatlar status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Hətta BMT Təhlükəsizlik Şurası belə qəbul etdiyi qətnamələrin icrasına Ermənistanı məcbur edə bilmədi. Azərbaycan isə bütün bu illər ərzində danışıqlarda konstruktiv mövqedən çıxış eldi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana yeni hücumlar etdi. Nəhayət, 2020-ci il sentyabr ayının 27-də erməni təxribatlarının qarşısını birdəfəlik almaq və torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu hərbi əməliyyatlara başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz cəmi 44 gün ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə ölkənin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının illər uzunu kağız üzərində qalan qətnamələrini Azərbaycan təkbaşına icrasını təmin etdi.”
Daha sonra Nurlana Həsənova Cəbrayılın işğalı dövründə bu rayonda ermənilərin törətdikləri vəhşiliklərdən danışaraq bunları deyib: “Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar. Erməni qəsbkarları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmiş, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətmiş və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçirmişlər. 52000 nəfər əhalisi olan, 1050 kvadrat kilometrlik ərazini əhatə edən rayonda mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Erməni işğalı nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.”
Həmçinin Nurlana Həsənova istənilən bir xarici dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin yolverilməz olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan xalqı apardığı haqlı müharibədə qalib gəldi və bölgədə yeni reallıqlar yaratdı. Hər kəs bu reallıqlarla hesablaşmaq zorundadır. Azərbaycan Ermənistanda bizə qarşı hansısa yeni təxribatların hazırlanmasına göz yuma və buna imkan verə bilməz. Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdəki çıxışında dediyi kimi, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz. Bu bizim legitim hüququmuzdur və heç kim bizim qabağımızda dura bilməz. Təəssüflər olsun ki, bu gün Azərbaycanın hər zaman səmimi dostluq münasibətləri sərgilədiyi İran dövlətindən ölkəmizə qarşı əsassız ittihamların səsləndiyini eşidirik. Əlbəttə, hansısa əyalət mollasının Azərbaycana qarşı uydurma iftiralarına əhəmiyyət verilməməlidir. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Azərbaycan bu bölgələrə İsraili gətirib kimi uydurmalar əsassızdır və hər kəs dediyi sözlərə görə məsuliyyət daşımalıdır. Dövlət başçımızın dediyi kimi, Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-03-2025