Mobil versiya
Saray qəsəbəsində şəhid Şamil Nəcəfovun il mərasimi keçirilib (FOTO)
Tarix: 01-10-2021 | Saat: 14:56
Bölmə:Gündəm | çapa göndər

Saray qəsəbəsində şəhid Şamil Nəcəfovun il mərasimi keçirilib (FOTO)

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən igid əsgər Nəcəfov Şamil Rəfi oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur. Bununla əlaqədar olaraq Abşeron rayonunun Saray qəsəbəsində şəhidimizin il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova şəhidin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025