Mobil versiya
Şəmkir şəhərində şəhidin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.
Tarix: 01-10-2021 | Saat: 12:12
Bölmə:Gündəm | çapa göndər

Şəmkir şəhərində şəhidin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.

Şəmkir şəhərində şəhid Məmmədov Vacib Zabit oğlunun xatirəsinə tikilmiş bulağın və şəhidin adını daşıyan küçənin girişində şəhidin şəkli olan barelyefin açılışı olub.

Açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər, müharibə iştirakçıları, şəhidin bitirdiyi orta məktəbin müəllim kollektivi və şəhidin yaxınları iştirak ediblər.

Tədbirdə ilk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Vacib Məmmədovun ailə üzvlərinə səbr arzulayan Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Bildirilib ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və onları heç zaman unutmayacaq.

F.Vəliyev Vacib Məmmədovun timsalında bütün şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirib, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb.
Açılış mərasimində digər çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan danışıblar.

Şəhid Vacib Məmmədovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.

Sonda isə orta məktəb şagirdlərinin təqdimatında şəhidin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub.

AİA.Az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025