Mobil versiya
Samux rayonu Qədili kənd sakini, şəhid Ərəbov Orxan Ramiz oğlunun ildönümü qeyd edilib - FOTOLAR
Tarix: 30-09-2021 | Saat: 13:00
Bölmə:Seçki 2024 | çapa göndər

Samux rayonu Qədili kənd sakini, şəhid Ərəbov Orxan Ramiz oğlunun ildönümü qeyd edilib

30 sentyabr 2021-ci il tarixində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhidimiz- Samux rayon Qədili kənd sakini Ərəbov Orxan Ramiz oğlunun ildönümü münasibətilə məzarı ziyarət olunub, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Qeyd edildi ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Daha sonra şəhidimizin ailə üzvləri görüşüb onların qayğıları ilə maraqlanıblar. Görüşdə rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıldı və vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağı qeyd edildi. Bildirildi ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024