Mobil versiya
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"
Tarix: 28-10-2026 | Saat: 16:54
Bölmə:Şou-biznes | çapa göndər

"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"

Dilarə Əliyeva mərhum əri Oqtay Əliyevin vəfatından sonra həyatındakı dəyişikliklərdən danışıb.

aia.az Axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist prodüserin ölümündən sonra daha çox parlamasını sosial şəbəkələrlə əsaslandırıb.

O bildirib: "Oqtay Əliyev dünyada olanda 5 aparıcıdan biri idim. Dilarəni ulduz etdi, meydan yaratdı, xalqa tanıtdı. Layihələr, filmlər Oqtayın prodüserliyi ilə ərsəyə gəldi. O vaxt yutub, instaqram, "TikTok" yox idi. İndikindən də çox çalışırdım. İndi isə gördüyün işi min səhifə paylaşır. Camaatın qarşısına çıxırsan və elə düşünürlər ki, daha çox parlayırsan.

Gözəlləşməyə gəlincə, 2015-ci ildə arıqlamışdım, gözəl fotosessiya etmişdim. Sadəcə, instaqrama iki ildir gəlmişəm. Paylaşımlar edirəm".

Xatırladaq ki, Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-10-2026