Mobil versiya
Vilyam Hacıyevin koronavirusa yoluxması təsdiqləndi
Tarix: 29-09-2021 | Saat: 12:03
Bölmə:Gündəm | çapa göndər

Vilyam Hacıyevin koronavirusa yoluxması təsdiqləndi

İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin koronavirusa yoluxması təsdiqlənib.

V. Hacıyevdə COVID-19 virusunun əlamətləri aşkarlanıb və o dərhal nəzarətə götürülüb. Bu gün səhər saatlarında sabiq icra başçısından götürülən analizin cavabı pozitiv çıxıb.

V.Hacıyev dərhal Ədliyyə Nazirliyinin Müalicə Müəsisəsinə köçürülüb.

Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024