Gəncə Şəhidlər xiyabanında 49 naməlum şəhid qəbri ekshumasiya olub
Tarix: 29-09-2021 | Saat: 10:19
Bölmə:Parlament | çapa göndər
Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunan naməlum şəhid qəbrləri ekshumasiya edilib.
Şəhidlər xiyabanında olan 49 naməlum qəbrlərdən nümunələr götürülüb və daha sonra məzarlar yenidən qapadılıb.
Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülüb və ekspertizaya aparılıb.
Qeyd edək ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib. Naməlum şəhid qəbrlərinin ekshumasiyası zamanı götürüləcək nümunələrin qarşılaşdırılması üçün isə itkin düşənlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və həmin DNT nümunələr ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025
22-01-2025