Mobil versiya
Deputat Nizami rayonu sakinlərini qayğılandıran məsələlərlə maraqlanıb.
Tarix: 25-09-2021 | Saat: 11:27
Bölmə:Gündəm | çapa göndər

Deputat Nizami rayonu sakinlərini qayğılandıran məsələlərlə maraqlanıb.

Millət vəkili Könül Nurullayeva həftə ərzində Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında Vətən müharibəsi iştirakçısının işlə təmin olunması, ünvanlı sosial yardım almaqda çətinliklər yaşayan vətəndaşa köməkliyin göstərilməsi, sakinlərin həyatı üçün təhlükə mənbəyi olan ağaclara aqrotexniki qulluğun göstərilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri və vətəndaşlarımızın məşğulluq səviyyəsinin artırılması ilə bağlı məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024