Mobil versiya
Ramil Usubov metroda adam gözləməyi qadağan edib? - RƏSMİ
Tarix: 02-05-2016 | Saat: 16:26
Bölmə:Manşet | çapa göndər



Bakı metrosunda 10 dəqiqədən artıq gözləmək qadağası ilə bağlı məsələ ictimaiyyətin geniş müzakirəsinə səbəb olub.

Belə ki, iki gün əvvəl vətəndaşlardan biri polislər tərəfindən Bakı metrosunda qəribə qadağa ilə rastlaşıb. Stansiyalardan birində öz rəfiqəsini gözləyən xanım sərnişinə polis tərəfindən xəbərdarlıq edilərək ona 10 dəqiqədən artıq gözləmək qadağası qoyulub. Stansiya polisi sözügedən qadağanın qanunla tənzimləndiyini əsas gətirərək daxili işlər naziri Ramil Usubovun bununla bağlı xüsusi göstərişinin olduğunu deyib.

Metropoliten polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cavid Cəfərov Cebhe.info-ya açıqlamasında metrostansiyalarında gözləməklə bağlı heç bir qadağanın olmadığını vurğulayıb:

“Belə bir qadağa qanunda tənzimlənmir. Sadəcə polis metrostansiyalarda şübhəli görünən vətəndaşlarla maraqlanmalıdır. Biz onlara kimisə gözləməyi qadağan etmirik. Bu sadəcə vətəndaşlarla maraqlanmaq xarakteri daşıyır. Yəni polislərin işi və borcu hər hansı şübhəli görünən məqamlarla maraqlanmaqdır. Bu həm də vətəndaşların təhlükəsizliyinin qorunması ilə bağlıdır”.

Qeyd edək ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də metroda adam gözləmək qadağası ilə bağlı qanunda heç bir müddəanın olmadığını bildirib.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə