AZ RU Mobil versiya
Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Tarix: 24-09-2021 | Saat: 15:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Eldar Həsənov prokurorun suallarını cavablandırdı


Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirilib.

E.Həsənov özünü təqsirli bilmədiyini deyib və prokurorun epizodlar üzrə suallarını cavablandırıb.

Sual-cavabdan sonra məhkəmə təqsirləndirilən şəxsin vəkillərinə söz verib. Müdafiəçilər indiki mərhələdə təqsirləndirilən şəxsə suallarının olmadığını söyləyib.

Hakim bildirib ki, proses şahid ifadələri ilə davam etdiriləcək.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

581 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2021