Mobil versiya
Sərdar Əhmədov: “27 sentyabr günü həm də bütün Cənubi Qafqazın erməni faşizmindən qurtuluşu uğrunda savaşın balandığı tarixdir”
Tarix: 23-09-2021 | Saat: 18:00
Bölmə:Cəmiyyət | çapa göndər

Sərdar Əhmədov: “27 sentyabr günü həm də bütün Cənubi Qafqazın erməni faşizmindən qurtuluşu uğrunda savaşın balandığı tarixdir”

“Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi təkcə ölkəmiz üçün deyi, həmçinin bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edir. Məsələ bundadır ki, mürtəce erməni millətçiliyi, erməni şovinizmi “böyük Ermənistan” sadəcə barədə xəyal etməklə kifayətlənmir. Onlar zaman-zaman bu xəyalları gerçəkləşdirmək üçün aqressiv addımlar atırlar. Məhz bu addımların nəticəsi olaraq Azərbaycan 30 il ərzində öz ərazisinin 20%-dən məhrum durumda idi. Həm də mürtəce erməni millətçiliyi elə bir bəladır ki, o, sadəcə bir ölkəyə deyi, mövcud olduğu bütün regiona real təhdiddir. Anlamaq lazımdır ki, əgər bu gün erməni işğalına Azərbaycan tərəfindən son qoyulmasaydı, əgər aqressor öz layiqli cəzasını almasaydı, o zaman sabah digər regional dövlətlər də bu işğalın qurbanına çevrilə bilərdilər. Bunu açıq demək lazımdır ki, bu gün Azərbaycan Ordusu Qafqazı erməni faşizmi kimi böyük bir bəladan qurtarıb. Birmənalı olaraq qəbul etmək lazımdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci ilin sentyabr ayının 27-də hərbi əməliyyatların başlanmasına dair verdiyi qərar və nəticədə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbə bütün Cənubi Qafqazın gələcəyi, region dövlətlərinin bundan sonrakı inkişafı və digər qonşu ölkələrlə yeni, daha mütərəqqi formatda münasibətlərin formalaşması baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi hadisədir.”

Bu sözləri Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı Vətən müharibəsinin başlanmasının ildönümü ilə bağlı saytımıza verdiyi müsahibəsində Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov demişdir.

Əməkdaşımızın suallarını cavablandıran Sərdar Əhmədov bildirmişdir ki, Azərbaycanın qələbəsini şərtləndirən əsas amilləri əslində ayrı-ayrılıqda deyil bir-biri ilə sıx bağlı olan faktorlar kimi nəzərdən keçirmək daha düzgündür: “Hər hansı müharibədə münaqişə tərəflərindən birinin qalib, digərinin məğlub olmasının bir neçə obyektiv və subyektiv şərtləri olur. O cümlədən Azərbaycanın da öz torpaqlarını azad etmək üçün aparmaq məcburiyyətində qoyulduğu bu müharibədə qalib gəlməsini bir çox amillər təmin edib. Həm də bu amillər bir-birini şərtləndirir, doğurur. Aydındır ki, istənilən bir müharibənin əsas iştirakçısı ilk növbədə silahlı qüvvələrdir, yəni ordudur. Lokal xarakterli, iki ölkə arasında gedən hərbi əməliyyatlarda məhz ordusu daha güclü olan tərəfin qalib gəlməsi labüddür. Deməli, sonuncu, həlledici faktor kimi məhz güclü ordunun olmasını qəbul etmək lazımdır. Lakin güclü ordu özü-özünə yaranmır. Güclü orduya sahib olmaq üçün birincisi insan resursları, ikincisi də müasir texnologiyalara əsaslanan silahlar tələb olunur. Yəqin ki, televiziyada dəfələrlə nümayiş etdirilən kadrlarda erməni gənclərinin zorla cəbhəyə göndərilmələri səhnələrini siz də seyr edirdiniz. Belə bir ordu qələbə əldə edə bilərmi? Əlbəttə ki, yox. Amma Azərbaycanda bunun tam tərsi müşahidə olunurdu. Hətta səfərbərliyə çağırılmayan insanlarımız da cəbhəyə göndərilmək üçün əllərindən gələni edirdilər. Xalqın ruh yüksəkliyi, qələbə əzmi elə bir səviyyədə idi ki, bizim qalib gələcəyimizə qətiyyən heç bir şübhə yeri qalmırdı. Bəs bu ruh yüksəkliyinin mənbəyi haradan qaynaqlanır? Əlbəttə ki, xalqın öz dövlətinə, öz Prezidentinə olan etimadından, inamından və sevgisindən! Məhz bu inam və sevgi xalqı və ordunu Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşdirdi ki, sonda da həmin yumruq bir zərbə ilə düşmənin başını əzdi. Digər tərəfdən isə, güclü ordunu yaratmaq üçün insan resurslarından başqa müasir silahlar da tələb olunur. Silahlanma da məlumdur ki, çox baha başa gələn bir prosesdir. Deməli, güclü ordu yaratmaq üçün əvvəlcə güclü iqtisadiyyata sahib olmaq lazımdır. Sözsüz ki, bu sahədə bizi Ermənistanla müqayisə etmək ümumiyyətlə absurd bir yanaşma olardı. Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Deməli, müharibədə Azərbaycanın qələbəsini təmin edən əsas amillər kimi güclü ordu, bu ordunu dəstəkləyən həmrəy xalq, qoşunlarımızı müasir silah və texnologiyalarla təmin edə biləcək güclü iqtisadiyyat çıxış edir. Lakin məsələ bununla da bitmir. Çünki istər xalqın həmrəyliyini, istərsə də ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etməyin özü də kifayət qədər mürəkkəb məsələlərdir və heç də hər iqtidarın öhdəsindən gələ biləcəyi vəzifələr deyil. Beləliklə də Azərbaycanın bugünkü qələbəsini təmin edən əsas amillərdən biri və bəlkə də ən vacibi məhz güclü lider faktorudur. Etiraf etmək lazımdır ki, hakimiyyətdə olduğu bütün illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, insanların sosial-məişət problemlərinin həlli və yaşam səviyyələrinin yüksəldilməsi yönümündə qəbul edilən regional inkişaf proqramları, həyata keçirilən siyasi islahatlar, korrupsiya ilə mübarizə tədbirləri – bir sözlə bütün istiqamətlərdə ilk növbədə məhz sadə vətəndaşın maraqlarının diqqətə alınması bu gün Azərbaycanda xalq-iqtidar birliyini həqiqətən də sarsılmaz etmişdir. Eyni zamanda da hərbi əməliyyatların gedişi zamanı həm xalq, həm ordu Ali Baş Komandanımıza qarşı bir çox dünya gücləri tərəfindən necə təzyiqlər olunduğunu və dövlət başçımızın bütün bu təzyiqlərə qətiyyən tərəddüd etmədən sinə gərdiyinin, ölkənin, xalqın və dövlətin mənafeylərini necə böyük qətiyyət və eyni zamanda da məharətlə müdafiə etdiyinin şahidi oldu. Əlbəttə ki, belə birlikdə olan xalq və onun lideri yenilməz olacaqlar və qələbə hər zaman bizim olacaq.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024