Mobil versiya
Səhər yollarda sıxlıq bu səbəbdən yaranır - Yol polisindən müraciət
Tarix: 23-09-2021 | Saat: 12:46
Bölmə:Gündəm | çapa göndər

Səhər yollarda sıxlıq bu səbəbdən yaranır -

Səhər saatlarında övladlarını məktəbə gətirən valideynlərin avtomobillərini təhsil müəssisələrinin qarşısında saxlaması yollarda sıxlıq yaradır.

Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, xüsusilə pik saatlarda, təqribən 07:45-dən 08.15-ə qədər yaranan sıxlıqlar məhz təhsil müəssisələrinin qarşısından keçən, ümumi istifadədə olan yollarda zolaqlar üzrə cərgələnmə tələblərinin pozulması ilə əlaqəlidir.

Bölmə rəisi bildirib ki, bunun qarşısını almaq üçün yol polisi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür. Bununla yanaşı V.Əsədov övladlarını avtomobillə məktəbə gətirən valideynləri dayanma-durma qaydalarını pozmamağa çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025