Mobil versiya
Şanlı və müqəddəs Vətən müharibəsinin başlandığı gün!
Tarix: 23-09-2021 | Saat: 09:59
Bölmə:Seçki 2024 | çapa göndər

Şanlı və müqəddəs Vətən müharibəsinin başlandığı gün!

27 sentyabr Azərbaycan Respublikasında Anım Günüdür. Məlum olduğu kimi, ötən il məhz həmin gün işğalçı Ermənistanın Azərbaycana qarşı xaincəsinə həyata keçirdiyi növbəti hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə hər kəs silaha sarıl¬dı. Ölkəmizin ərazi bütövlü¬yü uğrunda gedən mübarizədə üç minə yaxın əsgər və zabitimiz şəhid olmuş, xeyli sayda hərbçimiz yaralanmışdır. Tari¬xi torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmiş¬dir. Vətənin azadlığı yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Biz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik, qazilərimizə uca Allahdan cansağlığı diləyirik. Dünyada xalqlar, millətlər çoxdur. Aqillər deyib ki, o xalq, o millət böyükdür ki, ağır, taleyüklü məqamlarda Vətən uğrunda canından keçməyi bacarır. Tam qətiyyətlə demək olar ki, Azərbaycan xal¬qı məhz belə mərd, qəhrəman xalqlardan biridir. 2020-ci ilin payızı ölkəmiz üçün çox uğurlu və əlamətdar olmuşdur. Belə ki, ötən il 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovu¬şan kəndi, Xocalı və Laçın rayonlarının kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Qa¬rabağ cəbhəsində əldə etdiyimiz parlaq qələbələr nəticəsində düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə belə atılmadan Azərbaycana qaytarmağa məcbur olmuşdur. Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı zəfər çalmış ölkədir. Bununla da, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Azərbaycan bay¬rağı bu gün külli-Qarabağda sonsuz bir qürurla dalğalanır! Biz bir qədirbilən xalq olaraq, ağır döyüşlərdə şirin canlarından keçən şəhidlərimizi heç vaxt unutmayacağıq, onların əziz xatirəsini daim hörmət və ehtiramla ana¬cağıq. Allah onların hər birinə qəni-qəni rəhmət eləsin! Azərbaycan öz qaziləri – mərd, igid, qorxubilməz, qeyrətli oğulları ilə də haqlı olaraq fəxr edir! Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir ki, Azərbaycan Ermənistanı məğlub etməklə, regionu və bütün dün¬yanı faktiki olaraq erməni faşizmindən xilas etmişdir. Sivil dünya, nəhayət, erməni xislətinin nə olduğunu dərk etdi. Dünya gördü ki, xain düşmən torpağımı¬zı tərk etməyə məcbur olanda oradakı bütün evləri, bağça və məktəbləri necə qəddarcasına dağıtmış, ağacları qırmış, meşələri yandırmışdır. Ermənilərin bu dəhşətli vandallığı bütün dünyanı şoka salmışdır. Onlar öz layiqli cəzalarını mütləq alacaqlar. Azərbaycan xalqı qurub-yaratmağı sevən və bundan zövq alan xalqdır. İşğaldan azad edilmiş ərazilərdə qısa zaman kəsiyində olduqca böyük işlər görülmüşdür. Orada aparılan bərpa, tikinti-quruculuq işlərinin həcmi və vüsəti hər kəsi yaxşı mənada heyrətləndirir. Qarabağ gözlərimiz önündə dünyanın ən gözəl və inkişaf etmiş məkanlarından birinə çevrilir.

Gülər Əmiraslanova,
YAP Göygöl rayon təşkilatının Quşqara kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024