Mobil versiya
Saatlıda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir - FOTOLAR
Tarix: 21-09-2021 | Saat: 16:27
Bölmə:Seçki 2024 | çapa göndər

Saatlıda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir

Saatlı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Saatlı rayon Gənclər və İdman İdarəsinin nümayəndələri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Cabbarov Səlim Qılman oğlunun rayonunun Şirinbəyli kəndində məzarını ziyarət edərək məzarı önünə gül-çiçək dəstələri düzüblər, ailəsi ilə görüşüb qayğıları ilə maraqlanıblar.

Görüş zamanı qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Rəşadətli Azərbaycan Ordusu tarixi Qələbə qazandı. Yalnız işğal altında olan torpaqlarımızı azad etmədi, həmçinin regionu, dünyanı teror və faşizm təhlükəsindən xilas etdi. Şanlı qələbənin qazanılmasında Şəhidlərimizin və onların cəbhə yoldaşlarının böyük xidmətləri xalqımız tərəfindən daim yüksək qiymətləndiriləcəkdir. Məhz onların qəhrəmanlığı nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu. Şəhid ailələrinin və qazilərin qayğıları bundan sonra da daim diqqət mərkəzində saxlanlacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir. Şəhidin ailəsi dövlətin qayğısı ilə əhatə olunduqlarını onlara bildirib və göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024