Mobil versiya
Aİ Cənubi Qafqazda daha yaxşı gələcək üçün öz təcrübəsini bölüşməyə hazırdır - Xüsusi nümayəndə
Tarix: 17-09-2021 | Saat: 17:12
Bölmə:Gündəm | çapa göndər

Aİ Cənubi Qafqazda daha yaxşı gələcək üçün öz təcrübəsini bölüşməyə hazırdır -


Müharibələrin və dağıntıların acı xatirələri həmişə mövcud olur, lakin iki dünya müharibəsindən sonra bizim liderlərimiz bildirdilər ki, biz yeni yollar tapmalıyıq və birlikdə yaşamağa çalışmaqla irəliyə doğru hərəkət etməliyik. Hesab edirəm ki, Avropa İttifaqının (Aİ) bu təcrübəsini Ermənistana, Azərbaycana, Cənubi Qafqaza ötürə bilərik. Aİ Cənubi Qafqazda daha yaxşı gələcək üçün öz təcrübəsini bölüşməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfəri zamanı jurnalistlərə deyib.

O qeyd edib ki, Aİ-nin təcrübəsini burada tətbiq etmək mümkündür: “Biz Cənubi Qafqazda daha yaxşı gələcək qurmaq üçün həm Azərbaycanla, həm Ermənistanla birgə çalışmaq istəyirik. Burada müharibə və dağıntı izləri var, lakin düşünürəm ki, biz gələcəyə baxmalıyıq”.

O qeyd edib ki, 30 illik münaqişə burada acı xatirələr qoyub: “Ancaq Avropada da bizim kilsələrimiz, qəbiristanlıqlarımız, mədəni abidələrimiz dağıdılmışdı. Əlbəttə, bunlar acı xatirələrdir, ancaq bizim liderlərimiz qərara gəldilər ki, biz gələcəyə doğru baxmalıyıq, yeni Avropa qurmalıyıq. Hesab edirəm ki, bu cür təcrübəni burada da tətbiq etmək olar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025