Mobil versiya
Payız-qış aylarında koronavirus arta bilərmi? – Baş infeksionistdən açıqlama
Tarix: 17-09-2021 | Saat: 11:12
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

Payız-qış aylarında koronavirus arta bilərmi? –

Payız-qış aylarında kəskin respirator virus xəstəliklərinin artması ilə yanaşı koronavirusun da artacağı barədə cəmiyyətdə fikirlər səsləndirilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, payız-qış aylarında ənənəvi olaraq qrip və digər kəskin respirator virus xəstəliklərinin fəsli artımı baş verir:

“Bunlardan qorunma tədbirləri koronavirus infeksiyasından qorunma tədbirləri ilə üst-üstə düşür. Beləliklə, bu viruslarla və koronavirus infeksiyası ilə yoluxmaların artmasını sürətləndirən səbəblər təmasların artması və bağlı məkanlarda insanların daha çox toplanması, soyuq aylarda immunitetin zəifləməsidir.

Bu yayılmanın sürətini azaldan faktorlar isə əhalinin profilaktik qaydalara nə qədər ciddi əməl etməsi və vaksinasiyanın kütləviliyinin təmin olunması ilə bağlıdır. Bu faktorların nəticəsində payız-qış mövsümündə koronavirusa, qripə və digər respirator infeksiyalara yoluxmaların sayı müəyyən ediləcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024