Mobil versiya
Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb
Tarix: 16-09-2021 | Saat: 16:37
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunu İran yük maşınlarının hərəkəti üçün bağlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Gorus şəhərinin çıxışında onlarla yük maşını yığılıb.

Ermənistan hüquq-mühafizə orqanları onları Qafana buraxmır.

Qeyd olunur ki, yük maşınlarının sürücüləri Azərbaycan tərəfinə rüsum ödəmək imkanına malikdir. Sürücülər rüsum tələbi ilə əlaqədar yolun bir hissəsini bağlayacaqları ilə hədələr edirlər.

Xatırladaq ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirir. Bu yolun bir hissəsi Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisindən keçir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025