Mobil versiya
Şəhid ailələri və qazilər dövlətin diqqət mərkəzindədir
Tarix: 31-08-2021 | Saat: 13:33
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhid ailələri və qazilər dövlətin diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Dövlət başçısı və Birinci vitse-prezident şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşüblər. Dövlətimizin başçısı tədbirdə parlaq, dərin məzmunlu çıxış edərək deyib: “Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı”. Möhtərəm Prezidentin və birinci xanımın ölkəmizdə şəhid ailələri və və müharibə veteranlarının mənizl-məişət şəraitinin daim yaxşılaşdırılması istiqamətində gördüyü işlər ölkə ictimaiyyəti tərəfindən dərin rəğbət hissilə qarşılanır. Möhtərəm Prezidentin və birinci xanımın iştirakı ilə keçirilən tədbiri böyük maraqla izlədim və son dərəcə məmnun qaldım. Dünyanın heç bir ölkəsində şəhid ailəllərinə, müharibə əlilllərinə

Azərbaycanda olduğu qədər diqqət və qayğı göstərilmir. Bu məsələ dövlət başçısının və birinci xanımın daim diqqətindədir və görülən işlər hər bir ölkə vətəndaşını məmnun edir. Dövlətimizin başçısının tədbirdə qeyd etdiyi kimi, Azərbaycanda bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcək və növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Sənəddə qeyd olunur ki, Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcəklər. Bundan başqa, ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar. Prezident İlham Əliyevin lideri olduğu Azərbaycan dövləti çox sayda ailəni sevindirmişdir və bundan sonra da sevindirmək arzusundadır. Bu insanlar, həqiqətən, bu diqqət və qayğıya layiqdirlər. Cənab İlham Əliyevin bildirdiyi kimi, müharibə dövründə Azərbaycan hərbçiləri yüksək peşəkarlıq, rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, böyük fədakarlıq göstərmişlər.

Elçin Əliyev,
YAP Göygöl rayon təşkilatının Qırıqlı kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədr müavini

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024