Emin Nağıyev: “Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan xalqının dünyada multikultural və tolerant xalq kimi tanımasında mühüm rol oynamışdır”
Tarix: 26-08-2021 | Saat: 13:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiriMehriban xanım Əliyevanın bütün istiqamətlərdə ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirir. Bu fəaliyyətdən bəhs edərkən, əlbəttə ki, ilk növbədə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir.
Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Məlumdur ki, Mehriban xanım Əliyevanın respublikada və beynəlxalq miqyasda aktiv ictimai fəaliyyəti 1995-ci ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisi ilə başlanıb. Zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinə ölkənin birinci xanımı hər zaman qayğı və sevgi ilə yanaşıb. Bu gün hər bir mədəniyyət xadimi, bu sahədə çalışan bütün insanlar, ümumiyyətlə Azərbaycan mədəniyyəti ilə maraqlanan hər kəs Birinci vitse-prezidenti mədəniyyətimizin hamisi kimi tanıyırlar. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradılması mədəniyyətimizin tərəqqisinə yeni təkan verdi. Təşkilatın əsas məqsədi milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Mehriban Əliyeva fondun işini 3 istiqamətə – mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirliyə yönəltmişdir. Azərbaycanın mədəniyyət, elm, təhsil, idman sahələrindəki uğurlarını ölkədə və beynəlxalq aləmdə tanıtmaq məqsədilə “Azərbaycan-İrs” jurnalı Azərbaycan, ingilis və rus dillərində nəşr edilməyə başladı.
Əsrlərin süzgəçindən keçib gəlmiş, nəsillərdən-nəsillərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi, onların başqa ölkələrdə tanıdılması kimi layihələrin həyata keçirilməsi Mehriban xanım Əliyevanın Heydər Əliyev Fonduna rəhbərlik etməsi və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri təyin olunmasından sonra daha geniş miqyas aldı. Məlum olduğu kimi, Mehriban xanım Əliyeva ənənəvi musiqinin və mədəniyyətin inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Həm Heydər Əliyev Fondunun prezidenti, həm də UNESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin, müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması ilə bağlı geniş layihələr həyata keçirmişdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynayır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır.
Mehriban xanım Əliyevanın bütün bu istiqamətlərdə son dərəcə effektiv fəaliyyəti bu gün bütün dünya tərəfindən Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə, Azərbaycan xalqını isə öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımasında mühüm rol oynamışdır.
Emin Nağıyev,
5 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru,
YAP Qaradag rayon təşkilatının üzvü.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-05-2025