Mobil versiya
Beyləqanda narkotik alverçisi yaxalandı
Tarix: 26-08-2021 | Saat: 11:26
Bölmə:Parlament | çapa göndər

Beyləqanda narkotik alverçisi yaxalandı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AİA.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Aşıqalılar kənd sakini Hüseyn Abbasov saxlanılıb.

Onun üzərində axtarış aparılan zaman 4 ədəd kağız bükülüdə marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə H.Abbasovun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı oradan müxtəlif qablaşdırmalarda 580 qramdan artıq marixuana və elektron tərəzi, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2024