Mobil versiya
Komissiya sədri: Müsahibə mərhələsində müəllimliyə namizədlər 3 istiqamət üzrə qiymətləndirilir
Tarix: 18-08-2021 | Saat: 15:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Komissiya sədri: Müsahibə mərhələsində müəllimliyə namizədlər 3 istiqamət üzrə qiymətləndirilir

Müsahibə mərhələsində müəllim olmaq istəyən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.

Bunu AZƏRTAC-a müsahibəsində 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində kimya fənni üzrə 9-cu komissiyanın sədri, Astara rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov deyib.

“Təxminən 5 yaşından etibarən insanların həyatına müəllim daxil olur. Bu səbəbdən də müəllimlərin işə qəbulu müsabiqəsində bizim üzərimizə böyük məsuliyyət düşür. Çalışırıq ki, qeyd olunan kompetensiyalara tam cavab verən layiqli namizədləri seçək”, - deyə komissiya sədri qeyd edib.

Xatırladaq ki, avqustun 18-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Bu mərhələyə ümumilikdə 4973 namizəd dəvət olunub. Müsahibələr avqustun 26-dək davam edəcək.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-02-2025