Ana Sayfa > Karusel / Gündəm > Komissiya sədri: Müsahibə mərhələsində müəllimliyə namizədlər 3 istiqamət üzrə qiymətləndirilir
Komissiya sədri: Müsahibə mərhələsində müəllimliyə namizədlər 3 istiqamət üzrə qiymətləndirilir18-08-2021, 15:02. Yazar: sevinc1 |
![]() Müsahibə mərhələsində müəllim olmaq istəyən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır. Bunu AZƏRTAC-a müsahibəsində 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində kimya fənni üzrə 9-cu komissiyanın sədri, Astara rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov deyib. “Təxminən 5 yaşından etibarən insanların həyatına müəllim daxil olur. Bu səbəbdən də müəllimlərin işə qəbulu müsabiqəsində bizim üzərimizə böyük məsuliyyət düşür. Çalışırıq ki, qeyd olunan kompetensiyalara tam cavab verən layiqli namizədləri seçək”, - deyə komissiya sədri qeyd edib. Xatırladaq ki, avqustun 18-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Bu mərhələyə ümumilikdə 4973 namizəd dəvət olunub. Müsahibələr avqustun 26-dək davam edəcək. AİA.Az Geri dön |