Mobil versiya
Zakir Həsənov tapşırıq verdi
Tarix: 27-04-2016 | Saat: 22:05
Bölmə:Manşet | çapa göndər

Zakir Həsənov  tapşırıq verdi




Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə toplantı keçirib.

aia.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, toplantıda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı Müdafiə nazirinə məruzələr edilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024