Mobil versiya
Yağışdan sonra körpü bu hala düşdü - Foto
Tarix: 27-04-2016 | Saat: 16:48
Bölmə:Seçilənlər-1 | çapa göndər


Son günlər yağan aramsız yağışlar nəticəsində Daşkəsən rayonunda 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü qəzalı vəziyyətə düşüb.

Aia.az xəbər verir ki, sözügedən körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Körpünün uzunluğu 10 metr, eni isə 5 metrdir.

Dərhal əraziyə ezam edilmmiş “Azəravtoyol” ASC-nin mütəxəsisləri tərəfindən körpüyə baxış keçirilib və avtonəqliyyat vasitələri üçün təhlükə yaratdığından körpünün hərəkətə bağlanaraq bərpa edilməsi qərara alınıb. Bərpa işləri zamanı körpü üzərindən yalnız piyadaların hərəkətinə icazə veriləcək.

Bərpa işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub.

Yağışdan sonra körpü bu hala düşdü - Foto






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024