Ana Sayfa > Seçilənlər-1 > Yağışdan sonra körpü bu hala düşdü - Foto
Yağışdan sonra körpü bu hala düşdü - Foto27-04-2016, 16:48. Yazar: admin |
Son günlər yağan aramsız yağışlar nəticəsində Daşkəsən rayonunda 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü qəzalı vəziyyətə düşüb. Aia.az xəbər verir ki, sözügedən körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Körpünün uzunluğu 10 metr, eni isə 5 metrdir. Dərhal əraziyə ezam edilmmiş “Azəravtoyol” ASC-nin mütəxəsisləri tərəfindən körpüyə baxış keçirilib və avtonəqliyyat vasitələri üçün təhlükə yaratdığından körpünün hərəkətə bağlanaraq bərpa edilməsi qərara alınıb. Bərpa işləri zamanı körpü üzərindən yalnız piyadaların hərəkətinə icazə veriləcək. Bərpa işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub. Geri dön |