Mobil versiya
Birinci xanım bir sıra görüşlər keçirib - FOTO
Tarix: 27-04-2016 | Saat: 14:20
Bölmə:Manşet | çapa göndər



Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşüb.

Aia.az AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan parlamenti Senatının sədrini ölkəmizdə salamlayan Azərbaycanın birinci xanımı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdi. Bildirdi ki, belə mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində fəaliyyətinə verilən dəyərin nəticəsidir.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırıldı.

****************************************************************************************************************************************

Aprelin 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın mədəniyyət nazirinin müavini xanım Dorina Byanki ilə görüşüb.

Aia.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə olundu, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulandı. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, o cümlədən İtaliyada gördüyü işlər yüksək qiymətləndirildi. Həmin layihələrin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulandı, gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edildi.

****************************************************************************************************************************************

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 26-da daha bir görüşü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə olub.

Aia.az AZƏRTAC-a istinadən bildirir ki, qonağı Azərbaycanda görməkdən məmnun olduğunu deyən Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" kimi aktual mövzuya həsr edildiyini vurğuladı və tədbirdə iştirak etdiyinə görə Şeyxə Lubna Al Qassimiyə minnətdarlığını bildirdi. "Xalqınıza dərin hörmətimi çatdırıram", - deyən birinci xanım Mehriban Əliyeva ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı.

Şeyxə Lubna Al Qassimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakın onun üçün şərəf olduğunu, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirdi.

****************************************************************************************************************************************

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Aia.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan Mehriban Əliyeva paytaxtımızda keçirilən Forumda iştirak etdiklərinə görə qonaqlara təşəkkür etdi. Bugünkü müzakirələrdə dünya üçün əhəmiyyət kəsb edən mövzuların diqqət mərkəzində olduğunu deyən birinci xanım Mehriban Əliyeva əminliyini bildirdi ki, bu Forum dünyanı narahat edən məsələlərin həlli istiqamətində vacib platforma olacaq və mövcud problemlərin aradan qaldırılması üçün mexanizmlərin tapılmasına kömək edəcək.

Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətində Azərbaycanın yeni dostlarını da görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında bütün sahələrdə qurulan əməkdaşlığın dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğuladı.










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024