Mobil versiya
Elton Məmmədovun şirkəti məhkəmə verildi
Tarix: 09-07-2021 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Elton Məmmədovun şirkəti məhkəmə verildi

Azərişıq Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı-XXI Əsr MMC-ni məhkəməyə verib.

aia.az Hit.az-a istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır.

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib.

Ötən il Bakı-XXI Əsr MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi.

Bu ilin mart ayında isə Bakı-XXI Əsr MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət Top Properties MMC-yə birləşib. Bir ay sonra Krosvey MMC də ləğv olunub.

Bakı-XXI Əsr MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025