Ana Sayfa > Karusel / Gündəm > Elton Məmmədovun şirkəti məhkəmə verildi
Elton Məmmədovun şirkəti məhkəmə verildi9-07-2021, 15:30. Yazar: sevinc1 |
![]() Azərişıq Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı-XXI Əsr MMC-ni məhkəməyə verib. aia.az Hit.az-a istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır. "Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. Ötən il Bakı-XXI Əsr MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi. Bu ilin mart ayında isə Bakı-XXI Əsr MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət Top Properties MMC-yə birləşib. Bir ay sonra Krosvey MMC də ləğv olunub. Bakı-XXI Əsr MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub. AİA.AZ Geri dön |