Mobil versiya
Ömür ağacımın budağı Ayaz...
Tarix: 08-07-2021 | Saat: 10:59
Bölmə:Seçki 2024 | çapa göndər

Ömür ağacımın budağı Ayaz...

Əziz dostumuz Böyükkişi müəllimin dilindən igid, şirin nəvəsi Ayaz balaya ən xoş arzularla. Allah saxlasın!!!

Ömür ağacımın budağı Ayaz...

Gözəl hafizəsi, zəkası dərin,
Köməyin görəsən ocağın, pirin.
Doğrudan nəvələr olurmuş şirin,
Ömür ağacımın budağı Ayaz!

Düşmənə şimşək ol başı üstə çax,
Xaini, paxılı yerindəcə yax.
Səni pənahında saxlasın Allah,
Evdə hamımızın dayağı Ayaz!

Hər işində sənə həyan Böyük bəy,
Daim qulluğunda duran Böyük bəy.
İndidən hiss edir baban Böyük bəy,
Görürsən sabahı, uzağı Ayaz!

Mən bir Mübarizəm, igidəm deyir,
Oyuncaq avtomat, tüfəng istəyir.
Kişilər sayağı hərəkət edir,
İndidən istəmir qucağı Ayaz!

Müəllif: Fuad Biləsuvarlı





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024