Mobil versiya
Futboldan sonra azarkeşlər Q.Qarayev” stansiyası və S.Vurğun bağı istiqamətlərində daşınacaq - BNA
Tarix: 12-06-2021 | Saat: 18:50
Bölmə:Gündəm | çapa göndər

Futboldan sonra azarkeşlər Q.Qarayev” stansiyası və S.Vurğun bağı istiqamətlərində daşınacaq - BNA

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcən Uels-İsveçrə görüşündən sonra azarkeşlərin Bakı Olimpiya Stadionundan metronun “Q.Qarayev” stansiyası və S.Vurğun bağı istiqamətlərində daşınması ekspres xətlərlə yerinə yetiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, daşımalar Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından həyata keçiriləcək. Ekspres xətlər üzrə avtobuslar terminal ərazisində hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, oyundan əvvəl azarkeşlərin ekspres xətlərlə daşınması dəqiq və vaxtında icra edilib. Azarkeşlər təyin olunan məntəqələrdən stadiona hər hansı bir maneə olmadan rahat şəkildə çatdırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025