Mobil versiya
Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
Tarix: 04-06-2021 | Saat: 18:26
Bölmə:İdman | çapa göndər

Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

AİA.Az apasport.az-a istinadla bildirir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016-nın gümüş medalçısı Sebastian Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb.

Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.

Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub.

Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024