Ana Sayfa > İdman > Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
Azərbaycan boksçusu erməni rəqibini məğlub edib4-06-2021, 18:26. Yazar: admen |
Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib. AİA.Az apasport.az-a istinadla bildirir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016-nın gümüş medalçısı Sebastian Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb. Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq. Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub. Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq. AİA.Az Geri dön |